\
13 Oktyabr 2024 - Bazar günü

İlham Əliyev generalı işdən çıxarıb - Yeni təyinat

İlham Əliyev generalı işdən çıxarıb - Yeni təyinat
1453baxış
Prezident İlham Əliyev dekabrın 18-də general-mayor Asəf Vaqif oğlu Quliyevin Dövlət Sərhəd Xidməti rəisinin müavini – "Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
 
Mediapress.az "Nuhçıxan” agentliyinə istinadən məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Niyaməddin Məhərrəm oğlu Tağıyev Dövlət Sərhəd Xidməti rəisinin müavini – "Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib.