\
13 Oktyabr 2024 - Bazar günü

"Uğur" könüllülər qrupu tərəfindən "Əsgərə bir kitab" adlı aksiyaya start verilib

"Uğur" könüllülər qrupu tərəfindən "Əsgərə bir kitab" adlı aksiyaya start verilib
1508baxış
Gənclər Günü münasibətilə "Uğur" könüllülər qrupu tərəfindən "Əsgərə bir kitab" adlı aksiyaya start verilib. Aksiyanın məqsədi əsgərlərin asudə vaxtının səmərəli keçirməsinin təşkilidir. 
"Uğur" könüllülər qrupu tanınmış şair və yazarların yeni kitablarını toplayaraq əsgərlərə hədiyyə edəcək.
Bu barədə Mediapress.az-a qrupun sədri Günel Əliqızı məlumat verib:
:
- "Uğur" könüllülər qrupu bir çox aksiyaları təşkil edir. Əsasən də imkansız ailələrə yardımla məşğuluq. Növbəti devizimiz belədir: "Əsgəri unutmuruq, mənəvi dəstək veririk". Təzə və ya köhnə, fərqi yoxdur, kitabları toplayıb, əsgərlərə hədiyyə aparmağı planlaşdırmışıq. Hər kəsi aksiyaya qoşulmağa çağırırıq.