\
13 Oktyabr 2024 - Bazar günü

"28 May" stansiyasında nə baş vermişdi?

"28 May" stansiyasında nə baş vermişdi?
1384baxış
Bu gün axşam saatlarında Bakı Metropoliteninin "28 May” stansiyasının əsas girişi müvəqqəti bağlanıb.
 
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Mediapress.az-a açıqlamasında bildirib ki, buna səbəb sərnişinlərin təhlükəsizliyini təmin etmək olub.
 
"Saat 19:00 radələrində metroda sərnişin sıxlığı çox olduğundan təhlükəsizlik tədbirlərini gücləndirmək məsədilə əsas giriş 4-5 dəqiqəliyə bağlanıb. Sərnişinlər "Cəfər Cabbarlı” stansiyasının girişindən içəri buraxılıblar. Hazırda problem aradan qaldırılıb”,- deyə qurum rəsmisi söyləyib.