\
13 Oktyabr 2024 - Bazar günü

İlham Əliyev İndoneziyanın dövlət başçısına başsağlığı verib

İlham Əliyev İndoneziyanın dövlət başçısına başsağlığı verib
1366baxış

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın dövlət başçısı Coko Vidodoya başsağlığı verib. 

Başsağlığı məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş sunami nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Mediapress.az