\
13 Oktyabr 2024 - Bazar günü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilir
1464baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

"Report" xəbər verir ki, tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər güllər düzülüb. Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Konfransda Baş nazirin müavini Əli Əhmədov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Məclis sədrinin müavini Bahar Muradova, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, sosial tərəfdaşların, ayrı-ayrı beynəlxalq qurumların, elmi ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş film nümayiş etdirilib.