\
13 Oktyabr 2024 - Bazar günü

Mevlud Çavuşoğlu Nkol Paşinyana sərt ismarış - "işğal olunmuş torpaqlar məsələsi birdəfəlik həll olunmalıdır"

Mevlud Çavuşoğlu Nkol Paşinyana sərt ismarış - "işğal olunmuş torpaqlar məsələsi birdəfəlik həll olunmalıdır"
1398baxış

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə Türkiyə-Ermənistan münasibətlərinin perspektivləri barədə açıqlama verib.

Mediapress.az erməni mətbuatına istinadən xəbər verir ki, M.Çavuşoğlu ölkəsinin mövqeyini birmənalı şəkildə açıqlayaraq deyib: “Ermənistanın yeni rəhbərliyi bəyan edir ki, qeyri-şərtsiz Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdırlar. Lakin bizim dəyişməz şərtimiz var. Biz Azərbaycanın duyğularını nəzərə almadan nə isə bir addım ata bilərikmi? Xeyr. Qarabağ və digər işğal olunmuş torpaqlar məsələsi birdəfəlik həll olunmalıdır”. Daha sonra nazir ölkəsinin Azərbaycanın mövqelərinə cavab verən həll yollarını dəstəkləyəcəklərini sözlərinə əlavə edib.