\
13 Oktyabr 2024 - Bazar günü

Şimali və Cənubi Koreyanın dəmir yolları rəsmən birləşdi

Şimali və Cənubi Koreyanın dəmir yolları rəsmən birləşdi
1384baxış

Şimali Koreyanın "Phanmun" dəmir yolu stansiyasında Cənubi Koreya və KXDR-in avtomobil və dəmir yollarının modernləşdirilməsi və birləşməsi üzrə birgə layihənin simvolik açılış mərasimi keçirilib.

Mediapress.az "Kommersant"a yönəlik məlumat yayan "Report"a istinadən xəbər verir ki, mərasimə qatılmaq üçün KXDR-ə içərisində 100 cənubi koreyalı olan qatar gəlib. Onlar arasında nəqliyyat naziri Kim Hyon Mi, birləşmə naziri Ço Myon Qyun və digər rəsmi şəxslər olub. 

KXDR nümayəndə heyətini dəmir yolları nazirinin müavini Kim Yun Hyok və Koreya Sülh Birləşməsi Komitəsinin sədri Ri Son Qvon təmsil edib. Tədbirdə BMT, Rusiya, Çin və Monqolustanın nümayəndələri də iştirak ediblər.