\
13 Oktyabr 2024 - Bazar günü

Bakıda dəhşətli intihar - 19 yaşlı qız özünü 14-cü mərtəbədən atdı

Bakıda dəhşətli intihar - 19 yaşlı qız özünü 14-cü mərtəbədən atdı
1429baxış
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
 
Mediapress.az Open.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Ş. Mirzəyev küçəsi 1C, mənzil 88 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1999-cu il təvəllüdlü Aytac Anar qızı Hüseynova yaşadığı binanın 14-cü mərtəbəsindən özünü atıb. O, birinci mərtəbədə quraşdırılmış beton örtüyün üzərinə düşüb. Nəticədə o aldığlı xəsarətdən hadisə yerindəcə keçinib.
 
A. Hüseynovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.