\
13 Oktyabr 2024 - Bazar günü

Çex Respublikasında bankda girov götürülənlər azad edilib - YENİLƏNİB

Çex Respublikasında bankda girov götürülənlər azad edilib - YENİLƏNİB
1379baxış

Çex Respublikasının Prşibram şəhərində banka daxil olaraq müştəriləri girov götürən şəxs saxlanılıb, girovlar isə azad edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yerli polis sözşüsü Monika Şindlova jurnalistlərə heç kimin zərər çəkmədiyini deyib.


*** 20:41

Çex Respublikasının cənub-qərbindəki Prşibram şəhərində banka girən silahlı soyğunçu 9 nəfər müştərini girov götürüb, onlardan birini daha sonra sərbəst buraxıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə polis sözçüsü Monika Şindlova bildirib.

“Bizdə olan məlumata görə, girovlardan heç birinə zərər yetirilməyib”, - deyən sözçü hadisə yerinin polis tərəfindən mühasirəyə alındığını, 28 yaşlı soyğunçu ilə danışıqlar aparıldığını qeyd edib. 

Mediapress.az