\
13 Oktyabr 2024 - Bazar günü

"Şokoladnitsa" kafesində Azərbaycan dilinə hörmətsizlik! - FOTOLAR

"Şokoladnitsa" kafesində Azərbaycan dilinə hörmətsizlik! - FOTOLAR
1001baxış

Şəkildə Bakıda məşhur olan (əsas da əl yandıran qiymətləri ilə) "Şokoladnitsa" kafesinin müştərilərə təqdim etdiyi menyudur. Hansı ki, menyuda təqdim edilən yeyinti məhsullarının adı əvvəlcə Rus dilində, özü də böyük hərflərlə yazılıb. Amma Azərbaycan dilindəki sözlər çox kiçik, ən əsası, əcnəbi dildən sonra qeyd edilib. 
Qanunvericiliyə görə, xarici dillərdəki yazılar yalnız Azərbaycan dilində yazıldıqdan sonra ola bilər. Bu halda, xarici dildəki yazı mətninin tutduğu sahə və hərflərin ölçüsü Azərbaycan dilindəki analoji əlamətlərdən böyük olmamalıdır. Amma təəssüf, bu qaydanın pozulmasına görə heç bir sanksiya nəzərdə tutulmayıb.

Bununla belə, rəhbərinin milliyyətindən, şəbəkənin dünyanın dörd bir yerində varlığından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən hər hansı bir müəssisə (şirkət, holdinq, rəsmi distributur) təqdimatını məhz Azərbaycan dilində aparmalıdır. Bu, birmənalıdır və Azərbaycan Respublikasının qanunlarında da öz yerini  tapıb. 

Mediapress.az