\
13 Oktyabr 2024 - Bazar günü

Diqqət! Gürcüstanda 6 nəfər donuz qripindən öldü - Qonşu ölkədə 144 xəstə rəsmi qeydiyyata alınıb

Diqqət! Gürcüstanda 6 nəfər donuz qripindən öldü - Qonşu ölkədə 144 xəstə rəsmi qeydiyyata alınıb
1113baxış

Gürcüstanın tibb işçiləri laborator qaydada 6 nəfərin Donuz qripindən vəfat etdiyi faktını təsdiqləyiblər.

Mediapress.az ölkənin xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qakrelidzeyə yönəlik məlumat  yayan mətbuat orqanlarına istinadən xəbər verir ki,  A qripinin virusu sayılan ölümcül H1N1 virusu 6 nəfərin həyatına son qoyub.  Hazırda qonşu ölkədə 144 qripə yoluxma faktı aşkar edilib ki, onlardan yüz qırxı ölümcül H1N1 virusu, dördü isə H3 virusu ilə bağlıdır. Rəsminin sözlərinə görə, builki qrip faktları xəstələrin yüksək aqressivliyi ilə müşahidə olunur. Bununla belə, xəstələrin sayı ölkədə epidemiyanın başladığını deməyə əsas vermir.