\
13 Oktyabr 2024 - Bazar günü

İngiltərəli lord özbək ofisiantla evləndi - Bəyin öz qızından 15 yaş kiçik olan gəlin

İngiltərəli lord özbək ofisiantla evləndi - Bəyin öz qızından 15 yaş kiçik olan gəlin
1890baxış

İngiltərəli lord Məhəmməd İltifat 6 il bundan öncə restoranda ofisiant işləyən özbəkistanlı qızla tanış olub. Onlar arasında sevgi romanı başlayıb. Bir qədər sonra qız vətəninə qayıtmalı olub.

Mediapress.az centralasian.org.-a yönəlik məlumat yayan Nur.kz-a istinadən xəbər verir ki, məhəbbət lordu sevgilisinin ardınca Özbəkistana getməyə vadar edib. Buna qədər ingiltərəli lord öz həyat yoldaşından boşanıb. Cütlüyün toyu ötən ilin dekabr ayında həm Özbəkistanda, həm də Böyük Britaniyada baş tutub.

Qeyd edək ki, yeni gəlin bəyin qızından 15 yaş kiçikdir.