\
13 Oktyabr 2024 - Bazar günü

İran denominasiyaya hazırlaşır

İran denominasiyaya hazırlaşır
1385baxış

İran Mərkəzi Bankı ölkənin milli valyutası - rialın denominasiya edilməsi ilə bağlı qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Dəyişiklikdən sonra bir “yeni” rial 10 min “köhnə” riala bərabər olacaq. 

Qeyd edək ki, hazırda qonşu ölkədə 1 ABŞ dollarının məzənnəsi təxminən 10 min rial təşkil edir.