\
13 Oktyabr 2024 - Bazar günü

Yeni ASAN xidmət mərkəzləri istifadəyə veriləcək

Yeni ASAN xidmət mərkəzləri istifadəyə veriləcək
1510baxış

Bu il Azərbaycanda daha 5 “ASAN xidmət” mərkəzi əhalinin istifadəsinə veriləcək”.

Mediapress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib. Onun sözlərinə görə, bu il ərzində TovuzAğcabədiKürdəmirŞamaxı və Balakənrayonlarında “Asan Xidmət” mərkəzləri istifadəyə veriləcək:

“Bununla da “Asan Xirmət” mərkəzlərinin sayı 20-ə çatmış olacaq. “ASAN” xidmət mərkəzləri olmayan bölgələrdə isə səyyar “ASAN xidmət” fəaliyyət göstərir”. Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.