\
13 Oktyabr 2024 - Bazar günü

ƏƏSMN bu dəfə Bayram Rəhimovla bağlı problemi çözdü - FOTO

ƏƏSMN bu dəfə Bayram Rəhimovla bağlı problemi çözdü - FOTO
1366baxış
Bəzi saytlarda Şəki şəhəri Baş Göynük kənd sakini Rəhimov Bayram İsmayıl oğlunun özünüməşğulluq proqramına cəlb olunması xahişi ilə bağlı müraciəti yayımlanıb.
 
Mediapress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
"Hörmətli KİV nümayəndələri!
Bəzi saytlarda Şəki şəhəri Baş Göynük kənd sakini Rəhimov Bayram İsmayıl oğlunun özünüməşğulluq proqramına cəlb olunması xahişi ilə bağlı müraciəti yayımlanıb. 
Müraciətə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən Bayram Rəhimovla əlaqə saxlanılaraq yerli Məşğulluq Mərkəzinə dəvət edilib. İlkin olaraq B.Rəhimov işaxtaran kimi qeydiyyata alınıb. Daha sonra özünüməşğulluq proqramı ilə bağlı ətraflı izahat verilib. 
Vətəndaşın müraciəti və özünüməşğulluq fəaliyyəti qurmaq üçün potensialı nəzərə alınmaqla o proqrama cəlb olunub. Bayram Rəhimov proqram çərçivəsində təşkil olunacaq təlimləri uğurla bitirdikdən sonra öz kiçik ailə təsərrüfatını yaratmaq imkanına sahib olacaq.
Məlumat üçün deyim ki, indiyədək vətəndaş özünüməşğulluq proqramına cəlb olunmaq üçün yerli orqana müraciət etməyib.
Qeyd edək ki, indiyədək vətəndaş özünüməşğulluq proqramına cəlb olunmaq üçün yerli orqana müraciət etməyib.