\
13 Oktyabr 2024 - Bazar günü

Mətbuat Kim Çen Inın vaxtaşırı Çinə gizli səfərlər etdiyindən şübhələnir - Bugünkü müəmmalı hadisə

Mətbuat Kim Çen Inın vaxtaşırı Çinə gizli səfərlər etdiyindən şübhələnir - Bugünkü müəmmalı hadisə
1493baxış

Çin və Cənubi Koreya mətbuatı Şimali Koreya rəhbəri Kim Çen Inın mütəmadi olaraq Çin Xalq Respublikasına gizli səfərlər etdiyindən şübhələnməyə başlayıb.

Mediapress.az RİA.ru-ya istinadən xəbər verir ki, Cənubi Koreyanın “Hanquk Könce” qəzetinin məlumatına görə, bu gün yerli vaxtla saat 22:15 (Mediapress.az: Bakı vaxtilə 17:15) radələrində Şimali Koreyanın rəhbər işçilərini daşıyan xüsusi qatar sərhədi keçərək Çinin ərazisinə daxil olub. Dandun stansiyasında xüsusi qatarı Çinin təhlükəsizlik orqanlarının əməkdaşları qarşılayıblar. Onlar digər qatarların stansiyaya girişini müvəqqəti məhdudlaşdırıblar. Yalnız adıçəkilən qatar yoluna davam etdikdən sonra məhdudiyyət aradan götürülüb. 

Mediapress.az həmçinin xəbər verir ki, Cənubi Koreya prezident administrasiyasının rəsmilərinin fikrincə, böyük ehtimalla, qatar Pekinə yollanır və Kim Çen In sayca 4-cü dəfə Çinə səfər edir. Səfərlərin məqsədi isə hadisənin özü kimi məxfi saxlanılır.