\
13 Oktyabr 2024 - Bazar günü

Ağır çəkili adam FHN əməkdaşlarının köməyi ilə evdən çıxarıldı - Bakıda

Ağır çəkili adam FHN əməkdaşlarının köməyi ilə evdən çıxarıldı - Bakıda
1362baxış

Bu gün gecə saatlarında Bakıda qəribə bir hadisə baş verib.

Mediapress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu gün gecə saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda ağır çəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa dərhal müvafiq köməklik göstərilib. Əməliyyat uğurla başa çatıb.