\
13 Oktyabr 2024 - Bazar günü

Yanğının böyüməsinin qarşısı son anda alındı - Sumqayıtda

Yanğının böyüməsinin qarşısı son anda alındı - Sumqayıtda
1373baxış

Bu gün sübh tezdən Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Mediapress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 8 yanvar günü səhər saatlarında Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 37 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 12 m² sahədə yanmağa başlayıb. Bu barədə dərhal FHN-nin lazımı strukturlarına məlumat verilib. Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunublar. Köməkçi tikilinin yanmayan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub. Yanğın söndürülüb. Tələfat yoxdur.

Yanğının səbəbləri araşdırılır.