\
13 Oktyabr 2024 - Bazar günü

Bu gün naməlum kişi 20 ibtidai sinif şagirdini yaraladı - Pekində

Bu gün naməlum kişi 20 ibtidai sinif şagirdini yaraladı - Pekində
1423baxış

Çinin paytaxtı Pekin şəhərində naməlum kişi ibtidai sinif şagirdlərinə qəfil hücum çəkərək 20 uşağı yaralayıb.

Mediapress.az RİA.ru-ya istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 11:17 (qeyd: Bakı vaxtı ilə 06:17) radələrində paytaxtın Siçen rayonunda yerləşən məktəblərin birində baş verib. 20 yaralı məktəblinin hər biri təcili olaraq xəstəxanaya çatdırılıb. Onlardan üçünün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Cinayətin motivləri və hadisənin təfərrüatı hələlik məlum deyil. İlkin məlumata görə, Siçen inzibati rayonunun mətbuat xidmətindən bildirilib ki, terrorçu polis əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı araşdırma aparılır.