\
13 Oktyabr 2024 - Bazar günü

Səudiyyə vəliəhdinin əsas müşaviri yoxa çıxdı - Müəmma

Səudiyyə vəliəhdinin əsas müşaviri yoxa çıxdı - Müəmma
1385baxış

Səudiyyəli müxalif jurnalist, "Vaşinqton Post" qəzetinin yazarı Camal Qaşıqçının qətlinin başlıca şübhəlisi sayılan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn-Salmanın əsas müşaviri Səud əl Kahtanidən heç bir xəbər yoxdur.

Mediapress.az “Haber7”-yə yönəlik məlumat yayan “Report”-a isitinadən xəbər verir ki, müşavirin aqibəti müəmmalıdır. Sonuncu dəfə o, krallığın paytaxtı Ər-Riyaddakı məhkəmənin binasında görünüb.

Qeyd edə ki, ABŞ Səudiyyə Ərəbistanının 17 vəzifəli şəxsinə sanksiya tətbiq edilib. Onların arasında Kahtanının də adı var.