\
13 Oktyabr 2024 - Bazar günü

Yeniyetmə şagird müəllimini güllələdi - Türkiyədə

Yeniyetmə şagird müəllimini güllələdi - Türkiyədə
1470baxış

Türkiyənin Afyonkarahisar şəhərində yeniyetmə məktəblinin iştirakı ilə cinayət hadisəsi baş verib.

Mediapress.az Cumhuriyet.qəzetinə istinadən xəbər verir ki, məktəbli gitaranın futlyarında məktəbə gətirdiyi tapança ilə müəllimini ayağından güllələyib. Məktəb rəhbərliyi və digər şahidlər dərhal polisə və təcili yardıma hadisə barədə məlumat veriblər. Yaralı dövlət xəstəxanasına çatdırılıb, cinayətkar isə yaxalanıb. Çoxsaylı valideynlər təşviş içərisində məktəbə axın etməyə başlayıblar.