\
13 Oktyabr 2024 - Bazar günü

Gəncədə Endokrinoloji xəstəxanada yanğın olub

Gəncədə Endokrinoloji xəstəxanada yanğın olub
1608baxış

Gəncə şəhərində xəstəxanada yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Endokrinoloji Xəstəxanada hələlik bilinməyən səbəbdən yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşın və briqadası cəlb olunub və yanğın söndürülüb. Yanğın zamanı xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mediapress.az