\
13 Oktyabr 2024 - Bazar günü

Qubada ağır yol qəzasında ölənlərin sayı 4-ə çatıb - FOTO

Qubada ağır yol qəzasında ölənlərin sayı 4-ə çatıb - FOTO
1405baxış

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayl 4-ə çatıb.

Qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.


*** 13:32

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.

Ölənlər:

Xaçmaz rayon sakinləri -

Coşqun Kamil oğlu Qasımov,

Zakir Eldəniz oğlu Abasov,

Nahid Teymur oğlu Məmmədov. (report)
 

Mediapress.az