\
13 Oktyabr 2024 - Bazar günü

"Semaşko"nun şöbə müdiri: "Gürcüstanda sırf "donuz qripi"nə yoluxmaqdan ölüm halı olmayıb"

"Semaşko"nun şöbə müdiri: "Gürcüstanda sırf "donuz qripi"nə yoluxmaqdan ölüm halı olmayıb"
1417baxış

Gürcüstanda sırf "donuz qripi"nə yoluxmaqdan ölüm halı olmayıb. Həmin insanların dünyasını dəyişməsinə səbəb staflikok tipli törədicilərə yoluxàraq sonradan vəziyyətlərinin ağırlaşması olub".

"Report" xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") İnfeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov deyib.

O bildirib ki, qriplərin hamısı eyni növ qriplərdir. Sadəcə yoluxma yerinə görə qrip adları fərqlidir: "Qrip adətən hava damcı yolu ilə keçir. Mövsümi qriplə bağlı vaksin mövcuddur. Bu da digər qriplərin qarşısını almağa kömək edir. Qripdən qorunmağın yoluna gəlincə, immun sistemini güclü saxlamaq lazımdır. Təkibində C vitamini olan qidaların qəbuluna üstünlük vermək lazımdır".

Mediapress.az