\
13 Oktyabr 2024 - Bazar günü

İranda "Boeing-707" təyyarəsi qəzaya uğrayıb, ölənlər var - FOTO - YENİLƏNİB

İranda "Boeing-707" təyyarəsi qəzaya uğrayıb, ölənlər var - FOTO - YENİLƏNİB
1400baxış

İranda qəzaya uğrayan “Boeng-707” tipli yük təyyarəsinin düşdüyü ərazidən 7 nəfərin meyiti tapılıb.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 16 nəfər olub.

Həmin şəxslərin hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil. Onlardan yalnız bir nəfər - təyyarənin bort-mühəndisi sağ xilas edilib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.  

İranın Müdafiə Nazirliyindən bildirilib ki, qəzaya uğrayan hərbi yük təyyarəsi İran ordusuna məxsus olub.


*** 10:06

İranda “Boeing-707” tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə yanvarın 14-də ölkə paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 10 nəfərə yaxın şəxs ölüb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Mediapress.az