\
13 Oktyabr 2024 - Bazar günü

“Bakı Metropoliteni” maşinist axtarır

“Bakı Metropoliteni” maşinist axtarır
1440baxış

Bakı Metropoliteni” QSC maşinist peşəsi üzrə işə qəbul elan edib. 

Bu barədə KİV-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Məlumata görə, namizədlərin ərizələri fevralın 15-nə qədər qəbul edilir.

Seçimdə iştirak etmək istəyənlər 24-30 yaş arasında, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı olmalıdır. Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) də tələb olunur. 

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

Mediapress.az