\
13 Oktyabr 2024 - Bazar günü

"Azərişığ”ın iki vəzifəli şəxsi nöqsanlarına görə işdən qovuldu

"Azərişığ”ın iki vəzifəli şəxsi nöqsanlarına görə işdən qovuldu
1396baxış

 “Azərişıq” ASC-nin Nərimanov rayonu üzrə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov, eləcə də bu rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev vəzifələrindən kənarlaşdırılıblar.

Buna səbəb onların vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman yol verdikləri nöqsanlardır.

İşdən çıxarılan H.Həsənovun S.Mustafayevin yerinə, yəni aşağı vəzifəyə təyin edildiyi bildirilir. 

"Report" bununla bağlı "Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa cəhd etsə də, o, telefona cavab verməyib. 

Mediapress.az