\
13 Oktyabr 2024 - Bazar günü

Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək

Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
1404baxış

Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç yanvarın 16-sı Türkiyəyə səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, keçiriləcək görüşlər zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, həmçinin iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

Bundan əlavə, tərəflər regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd edilir ki, Xorvatiya prezidenti Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək

Mediapress.az