\
13 Oktyabr 2024 - Bazar günü

Yıxılaraq 2 binanın arasında qalan şəxs xilas edildi - Bakının mərkəzində

Yıxılaraq 2 binanın arasında qalan şəxs xilas edildi - Bakının mərkəzində
1398baxış

Dünən axşam saatlarında Bakıda qəribə bir fövqəladə hadisə baş verib. Mediapress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda təmir işləri zamanı 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal qeyd olunan ünvana cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, binanın 2-ci mərtəbəsindən yıxılan 1994-cü il təvəllüdlü Əsgərov Seymur Ədalət oğlu iki bina arasındakı boşluğa düşərək xəsarət alıb. Mürəkkəb şəraitdə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində S.Əsgərovun binaların arasındakı boşluqdan çıxarılması mümkün olub Xilas olunan şəxs hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. İlkin müayinə zamanı Seymur Əsgərovun huşsuz vəziyyətdə olduğu müəyyən olunub. Əməliyyat uğurla başa çatıb. Hadisənin səbəbləri araşdırılır.