\
13 Oktyabr 2024 - Bazar günü

V.Putinə qarşı sui-qəsdin qarşısı alındı - Serbiyada

V.Putinə qarşı sui-qəsdin qarşısı alındı - Serbiyada
1376baxış

Rusiya Prezidenti Vladimir Putinə Serbiyaya səfəri zamanı sui-qəsd hazırlamaqda şübhəli bilinən 21 yaşlı Armina Alibaşiç adlı bir nəfər tutulub.

Mediapress.az Serbiyanın “Pravda” qəzeti nə yönəlik məlumat yayan “Report”a istinadən xəbər verir ki, polis patrul xidmətinin əməkdaşı Armin Alibaşiçi Novi-Pazar şəhəri yaxınlığında Potok qəsəbəsindəki küçədə saxlayıb. Asayiş keşikçiləri onun bel çantasından şübhələniblər. Çantada optik nişangahlı tüfəng aşkarlanıb. Onun yaşadığı evdə aparılan axtarış nəticəsində partlayıcı qurğu üçün komponentlər aşkarlanıb.

Qeyd edək ki, yanvarın 17-də Rusiya Prezidenti Serbiyaya səfər edəcək.