\
13 Oktyabr 2024 - Bazar günü

Yanğının böyüməsinin qarşısı alındı - Sumqayıtda

Yanğının böyüməsinin qarşısı alındı - Sumqayıtda
1368baxış

Bu gün səhər saatlarında Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Mediapress.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.