\
13 Oktyabr 2024 - Bazar günü

Rusiyada siqaretlə spirtli içkilər ancaq xüsusi mağazalarda satılacaq - Parlamentdə yeni qanun layihəsi hazırlanır

Rusiyada siqaretlə spirtli içkilər ancaq xüsusi mağazalarda satılacaq - Parlamentdə yeni qanun layihəsi hazırlanır
1601baxış

Rusiya parlamentində tütün məmulatları ilə spirtli içkilərin satışını məhdudlaşdıran qanun layihəsi hazırlanıb. Qanuna əsasən ölkədə bu tip məhsullar yalnız xüsusi mağazalarda və xüsusi vaxtlarda satılacaq. Dövlət Dumasının deputatı Andrey Svintsovun hazırladığı yeni qanun layihəsində hətta alışqanların da sadə marketlərdə satışı qadağan ediləcək.

Mediapress.az  RT.-yə istinadən xəbər verir ki, həmin mağazalar gecələr fəaliyyət göstərməyəcək. 

Xatırladaq ki, ötən il İctimai Palataya təklif olunmuşdu ki, mağazalara alkoqol məhsullarına endirim tətbiq etməyi qadağan etsin.

Mediapress.az həmçinin “Комсомольская правда”-ya istinadən xəbər verir ki, “Ayıq Rusiya” hərəkatının bu tip radikal addımları ölkə prezidenti Vladimir Putin tərəfindən dəstəklənir. Belə ki, V.Putin tütün məhsullarının istifadəçisi olmayıb, təxminən 8 il əvvəl isə spirtli içkini tərgitib.