\
13 Oktyabr 2024 - Bazar günü

BMT-nin Baş katibi Məmmədyarov-Mnasakanyan görüşünü alqışladı - “xalqların sülhə hazırlanması” prinsipinə dəstək

BMT-nin Baş katibi Məmmədyarov-Mnasakanyan görüşünü alqışladı - “xalqların sülhə hazırlanması” prinsipinə dəstək
1420baxış

BMT-nin Baş katibi Azərbaycan-Ermənistan XİN-nin 16 yanvarda Parisdə baş tutmuş görüşünə reaksiya bildirib.

Mediapress.az BMT-nin saytına istinadən xəbər verir ki, Antoniu Quterreş ATƏT-in Minsk qrupu çərçivəsində Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanın görüşünü alqışladığını bəyan edib. O, uzun illərdir dondurulmuş Qarabağ münaqişəsinin həllinə dair “xalqların sülhə hazırlanması” prinsipini bəyəndiyini bildirib. Baş katib həmçinin əlaqə edib ki, BMT ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətinə dəstəyini davam etdirir.

Qeyd edək ki, “xalqların sülhə hazırlanması” prinsipi Ermənistanın “Qarabağ” klanı və onların yaratdığı separatçı Qarabağ rejimi tərəfindən kəskin şəkildə tənqid olunur.