\
13 Oktyabr 2024 - Bazar günü

Britaniya şahzadəsinin əri avto-qəzaya düşdü - 97 yaşlı hersoq xəsarət almayıb

Britaniya şahzadəsinin əri avto-qəzaya düşdü - 97 yaşlı hersoq xəsarət almayıb
1466baxış

Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı şahzadə Filipp avtomobil qəzasına düşüb.

Mediapress.az Bukenqem sarayına yönəlik məlumat yayan BBC-yə istinadən xəbər verir ki, hadisə krallıq ailəsinin Norfolk qraflığında yerləşən Sandrinqem sarayının yaxınlığında baş verib. İnsident zamanı 97 yaşlı Filipp xəsarət almayıb. Ərazidə polislər araşdırma aparırlar.

Xatırladaq ki, şahzadə II Yelizaveta və onun həyat yoldaşı Edenburq hersoqu Filipp Miladdan bəri Sandrinqem sarayında yaşayırlar. 2017-ci ilin avqustundan bəri bütün mərasimlərdə iştirakdan imtina edən Filipp bu dəfə də krallığın ənənəvi Milad tədbirində iştirak etməyib.