\
13 Oktyabr 2024 - Bazar günü

20 yanvar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq

20 yanvar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq
1790baxış

Mediapress.az xəbər verir ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və mərkəzlərində qeyri - iş günü olacaq.

21 yanvar tarixindən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.