\
13 Oktyabr 2024 - Bazar günü

İcra başçısı xanım məmur təyin etdi

İcra başçısı xanım məmur təyin etdi
1541baxış
Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev yeni baş mütəxəssis təyin edib.
 
Mediapress.az unikal.org-a istinadən xəbər verir ki, Asif Ağayevin müvafiq əmri ilə, İsayeva Lamiyə Elixan qızı Beyləqan rayon İcra hakimiyyətinin baş mütəxəssisi vəzifəsinə gətirilib.
 
Sözügedən xəbəri Beyləqan rayon İcra hakimiyyətdən təsdiqləyiblər.
 
Qeyd edək ki, Asif Ağayev Beyləqan rayon İcra hakimiyyətinin başçısı təyin ediləndən sonra  baş mütəxəssis olan Abbaslı Cavid Vidadi oğlunu vəzifəsindən azad etmişdi.