\
13 Oktyabr 2024 - Bazar günü

Fransalı aktyor Fransua Perro dünyasını dəyişib

Fransalı aktyor Fransua Perro dünyasını dəyişib
1453baxış

Fransanın 50-dən çox filmdə rol almış aktyoru Fransua Perro 95 yaşında dünyasını dəyişib.

“Report” "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, aktyor yanvarın 20-də vəfat edib.

Onun ölüm səbəbi açıqlanmır.

Bildirilir ki, Perro 50 ildən çox müddət ərzində kinoya çəkilib və teatr səhnəsində çıxış edib.

O, xüsusilə "Monparnasın sevgililəri", "Əli çirkli günahsızlar", "Düşmənimin cənazəsi" və "Nöqsansız reputasiya" kimi filmlərdə çəkilib.