\
13 Oktyabr 2024 - Bazar günü

Rusiyada təyyarənin ələ keçirilməsi sərnişin tərəfindən xuliqanlıq halı olub - YENİLƏNİB

Rusiyada təyyarənin ələ keçirilməsi sərnişin tərəfindən xuliqanlıq halı olub - YENİLƏNİB
1531baxış

 "Aeroflot"un SU1515 Surqut-Moskva reysi sərnişinlərdən birinin xuliqanlıq hərəkətləri nəticəsində kursunu dəyişib və çərşənbə axşamı Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Rusiya Federal Hava Nəqliyyat Agentliyinin Hava Nəqliyyat İdarəsinin Ural Regionlararası Ərazi İdarəsinin rəhbəri Aleksandr Şulepovbildirib ki, göyərtədəki sərnişinlərdən birinin xuliqanlığı nəticəsində təyyarə Xantı-Mansiyskə yönəldilib.

Reysin kursunu dəyişməsinə səbəbkar olan sərnişin saxlanılıb.

----------

Rusiyanın “Aeroflot” dövlət şirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Surqut – Moskva reysini yerinə yetirərkən silahlı şəxs tərəfindən ələ keçirilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, 41 yaşlı Pavel Şapovalovadlı sərnişin təyyarəni Əfqanıstana yönəltməyi tələb edib.

“Flight Radar” xidmətinin məlumatına görə, aralarında bir körpə olan 69 sərnişini daşıyan təyyarə Xantı-Mansiysk şəhəri yaxınlığında enişə gedir.

Mediapress.az