\
13 Oktyabr 2024 - Bazar günü

Bu gecə taxta bazarında yanğın oldu - Bakıda

Bu gecə taxta bazarında yanğın oldu - Bakıda
1383baxış

Bu gün gecə saatlarında Bakıda yanğın hadisəsi qeydə alınıb. Mediapress.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda yerləşən taxta bazarının ərazisində yanğın baş verib və qısa zamanda yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də tam söndürülüb. Təxminən 400-500 kvadrat metr ərazidə taxta materialları yanaraq külə dönüb. Faktla bağlı əlavə məlumat veriləcək.