\
13 Oktyabr 2024 - Bazar günü

Atəşkəs 29 dəfə pozuldu - Rəsmi məlumat

Atəşkəs 29 dəfə pozuldu - Rəsmi məlumat
1360baxış

Cəbhədə silah səsləri susmaq bilmir. Mediapress.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.