\
13 Oktyabr 2024 - Bazar günü

Niaqara şəlaləsi güclü şaxta səbəbindən donub - FOTO

Niaqara şəlaləsi güclü şaxta səbəbindən donub - FOTO
1491baxış

Niaqara şəlaləsi ABŞ-ın şimal-şərqindəki güclü şaxtalar səbəbindən donub.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

"Elə soyuqdur ki, Niaqara şəlaləsinin adətən su püskürən hissələri donub. Turistlər gözəl görüntülərə heyrətləniblər", - deyə telekanal qeyd edib.

Sinoptiklərin proqnozlarına görə, gələn həftə ABŞ-da və Kanadada daha güclü soyuqlar olacaq.

Qeyd edək ki, Niaqara şəlaləsi bir müddət əvvəl də qismən donmuşdu. Kanadada və ABŞ-ın şimal hissəsində qeydıə alınan güclü şaxtalar şəlalənin qismən donmasına səbəb olmuşdu.