\
13 Oktyabr 2024 - Bazar günü

Qazaxıstanın adı dəyişdiriləcək- Qazaq Eli - Baş nazirə müraciət

Qazaxıstanın adı dəyişdiriləcək- Qazaq Eli - Baş nazirə müraciət
1538baxış

Qazaxıstan parlamentindən baş nazir Bakıtcan Saqintayevin adına sorğu-təklif göndərilib. Deputat Azat Peruşayevin göndərdiyi təklifdə ölkənin adının dəyişdirilərək Qazax Eli və ya Qazax respublikası olması məsələsi gündəmə gətirilib.

Mediapress.az Sputnik Qazaxıstan-a yönəlik məlumat yayan RİA.ru-ya istinadən xəbər verir ki, ad dəyişilməsi 2020-ci ildə Qazaxıstan Respublikasının SSRİ-nin tərkibində yaranmasının 100 illik yubileyi üçün nəzərdə tutulub. “Ağ Yol” partiyasının rəhbəri deputat Azat Peruşayev bu hadisənin tarixi əhəmiyyətinin böyük olduğunu vurğulayaraq, ilk respublikanın yaranma tarixinin dərindən araşdırılmasını təklif edib. Deputat həmçinin xatırladıb ki, analoji təklifi ölkə rəhbəri Nursultan Nazarbayev hələ 2014-cü ildə verib.

Xatırladaq ki, hələ 2014-cü ildə N.Nazarbayev gələcəkdə ölkəsinin adının dəyişdirilə biləcəyini qeyd edib və bunun daha cəlbedici olacağını vurğulayaraq deyib: “Mərkəzi Asiyanın digər dövlətləri kimi bizim də ölkənin adında “stan” kəlməsi var. Lakin cəmi 2 milyon əhalisi olan monqol  dövləti öz dillərində Monqolşudan adlanır. Hər bir dövlətin adı onun əhalisinin ana dilində olmalıdır”.