\
13 Oktyabr 2024 - Bazar günü

Xuan Karlo özünü Venesuela prezidenti elan etdi - D.Trampdan devrilmiş N.Maduroya hədə-qorxu

Xuan Karlo özünü Venesuela prezidenti elan etdi - D.Trampdan devrilmiş N.Maduroya hədə-qorxu
1449baxış

Venesuela müxalif parlamentinin rəhbəri Xuan Quado ölkə prezidentinin səlahiyyətlərini öz üzərinə götürüb. O, paytaxt Karakasın Çakao rayonunda toplaşmış minlərlə tərəfdaşının önündə andiçmə mərasimini təşkil edib.  

Mediapress.az  El Nacional.-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp X.Quadonu Venesuelanın keçid prezidenti kimi tanıdığını dərhal etiraf edib və devrilmiş Nikolas Maduronu müxaliflərə qarşı güc tətbiq etməməyə, demokratiyanın normalarına tabe olmağa çağırıb. Əks təqdirdə, onun rejiminin cəzalandırılacağını bəyan edib. O, həmçinin ABŞ-ım bütün gücü ilə Venesuela demokratiyasının yanında olacağını bildirib. 

Xatırladaq ki, ölkədə bir neçə gündür yaranmış qarşıdurma zamanı 4 nəfər dinc sakin öldürülüb.