\
13 Oktyabr 2024 - Bazar günü

Venesuelada qarşıdurmalarda 175 nəfər tutulub, 16 nəfər ölüb - ABŞ-ın növbəti fitnəsi

Venesuelada qarşıdurmalarda 175 nəfər tutulub, 16 nəfər ölüb - ABŞ-ın növbəti fitnəsi
1441baxış

Venesuelada etirazlar zamanı həbs olunanların sayı 175 nəfərə qədər yüksəlib. Mediapress.az “Cinayət Forumu” adlı QHT-nin sədri Alfredo Romeronun Twitter. hesabına yönəlik məlumat yayan Ria.ru-ya istinadən xəbər verir ki, buna qədər 152 etirazçının həbs olunduğu xəbəri yayılmışdı. Qarşıdurmalarda bu ana qədər 16 nəfər həlak olub. 

Xatırladaq ki, dünən ölkənin parlament sədri Xuan Quado özünü Venesuela prezidenti elan edib. Ordu günün əvvəlində ona sədaqət andı içib. Lakin günortadan sonra ölkə prezidenti Nikolas Madurnun əmri ilə zirehli texnikalarla etirazçıları meydanlardan dağıtmağa başlayıb.