\
13 Oktyabr 2024 - Bazar günü

BŞBPİ rəisinin vəsatəti ilə müxalifətin mitinqinə icazə verilmədi - 26 yanvar mitinqinin acı sonluğu

BŞBPİ rəisinin vəsatəti ilə müxalifətin mitinqinə icazə verilmədi - 26 yanvar mitinqinin acı sonluğu
1553baxış

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verməməsinin səbəbi açıqlanıb.

Mediapress.az “Report”a istinadən xəbər verir ki, buna səbəb Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ-nin) rəisi, polis general-mayoru Mirqafar Seyidovun müxalifətə mitinq keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırması olub. Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, M.Qafarovun müraciəti bir neçə gün öncə şəhər icra hakimiyyətinə daxil olub. Qeyd olunub ki, müraciətə baxılıb və nəzərə alınıb.

Xatırladaq ki, müxalifətin sonuncu mitinqi yanvarın 19-da keçirilib. Etiraz aksiyasına 2500-3500 insan qatılıb.