\
9 May 2024 - Cümə axşamı

Tanınmış kardioloq xeyriyyə aksiyası keçirdi - Ucarda

Tanınmış kardioloq xeyriyyə aksiyası keçirdi - Ucarda
1991baxış

Modern Hospital klinikasının ali dərəcəli həkim-kardioloqu, Azərbaycan (AKC) və Avropa (ESC) kardiologiya cəmiyyətinin üzvü, Türk Kardioloji Dərnəyinin üzvü doktor Yusif Ağayev növbəti dəfə xeyriyyə aksiyası keçirib. 

Mediapress.az xəbər verir ki, bu günlərdə doktor Y.Ağayevin şəxsi təşəbbüsü ilə Ucar rayonun sakinlərinə təmənnasız tibbi xidmət göstərmişdir. “Həyatımıza dəyər verək” adlı xeyriyyə aksiyasında məqsəd aztəminatlı ailələr, şəhid ailələri və əlilliyi olan şəxslərdə erkən kardioloji diaqnostikanın aparılması, həmçinin ürək-damar sistemi xəstəlikləri olan şəxslərə tibbi yardımın göstərilməsi olub. Aksiya çərçivəsində imkansız xəstələrə pulsuz dərmanlar da paylanılıb. Bu dəfə 65 şəxs müayinə və müalicə olunub. 8 şəhid ailəsinə, 6 məcburi  köçkünə və 11 əlilə pulsuz tibbi yardım göstərilib.

Xatırladaq ki, doktor Y.Ağayev ötən il analoji xeyriyyə aksiyalarını Quba və Sabirabad rayonlarında da həyata keçirib.

Modern Hospital klinikasının ali dərəcəli həkim-kardioloqu, Azərbaycan (AKC) və Avropa (ESC) kardiologiya cəmiyyətinin üzvü, Türk Kardioloji Dərnəyinin üzvü doktor Yusif Ağayev bu il də xeyriyyə aksiyalarının mütəmadi xarakter alacağını bildirib və əlavə edib ki, hər ay Azərbaycanın müxtəlif rayonuna səfərlər təşkil edərək, bölgələrdəki sakinlərə təmənnasız tibbi xidmət göstərəcək.