\
13 Oktyabr 2024 - Bazar günü

Moldovada bir ildə 81 min insan xərçəngə tutuldu

Moldovada bir ildə 81 min insan xərçəngə tutuldu
1348baxış

Moldovada bir ildə 80 mindən çox insan xərçəng xəstəliyinə tutulub.

2018-ci ildə Moldovada 81 min 382 nəfər xərçəng xəstəliyinə tutulub ki, bu da 2017-ci illə müqayisədə 3633 fakt çoxdur.

Bu barədə mətbuata açıqlamasında Moldova Sağlamlıq Cəmiyyəti Milli Agentliyin mətbuat xidmətinin rəhbəri Olesya Kroitor məlumat verib.

Onun sözlərinə görə, Moldovada xərçəng xəstəliyindən ölmə faktı ürəktutmadan sonra ikinci yerdə dayanır.

Kişilərdə xərçəngdən ölmə faktı 1,5 dəfə çoxdur.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2018-ci ildə dünyada 9,6 milyon insan xərçəng xəstəliyindən dünyasını dəyişib. Növbəti 10 illikdə il ərzində xərçəng xəstəliyindən 14 milyon insanın öləcəyi proqnozlaşdırılır.(AZƏRTAC)

Mediapress.az