\
13 Oktyabr 2024 - Bazar günü

İğtişaşlarda 850 nəfər saxlanılıb - Venesuelada

İğtişaşlarda 850 nəfər saxlanılıb - Venesuelada
1430baxış

Venesuelada baş qaldırmış kütləvi qiyamda tutulanların sayı artmaqdadır.  Mediapress.az “Cinayət Forumu” adlı yerli QHT-nin rəhbəri Alfredo Romeronun  Twitter səhifəsinə yönəlik məlumat yayan RİA.ru-ya istinadən xəbər verir ki, 21 yanvar qiyamına görə 850 nəfər saxlanılıb. Onlardan 77 nəfəri yeniyetmə və gənclərdir. Təkcə 23 yanvar günü 696 insan göz altına alınıb.  

Xatırladaq ki, 21 yanvardan etibarən ölkədə kütləvi itaətsizlik aksiyaları həyata keçirilir. 23 yanvar günü parlamentin spikeri Xuan Quaido tərəfdarlarının əhatəsində özünü ölkənin yeni prezidenti elan edib. ABŞ-la yanaşı bir neçə dövlət onu Venesuelanın yeni rəhbəri kimi tanıdıqlarını elan ediblər. Ölkə prezidenti Nikolas Maduro isə Xuan Quaidonu ABŞ-ın marionetkası adlandırıb.