\
13 Oktyabr 2024 - Bazar günü

Sinif yoldaşı V.Putinin sirlərini açdı - “Tərs uşaq idi, köçürməyə qoymurdu”

Sinif yoldaşı V.Putinin sirlərini açdı - “Tərs uşaq idi, köçürməyə qoymurdu”
1619baxış

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin məktəbdəki sinif yoldaşı onun uşaqlıq xatirələri barədə jurnalistlərə danışıb. Mediapress.az  İsveçin “Expressen” tabloidinə yönəlik məlumat yayan radarmedia.net-ə istinadən xəbər verir ki, Svetlana Sosina gələcək prezidentin bəzi özəlliklərini dilə gətirməkdən çəkinməyib. Qadının sözlərinə görə, Volodya çox tərs uşaq olub və ev tapşırıqlarına qarşı xüsusi qısqanclıq nümayiş etdirib. Başqa sözlə desək, heç kimi ondan köçürməyə qoymayıb.

Leninqradın 281 saylı məktəbində gələcək prezidenti Volodya və ya Putya adı ilə çağırıblar. Onun kimya fənninə xüsusi həvəsi olub. “Aradan 50 il keçsə də indiki kimi yadımdadır, bir dəfə yalvarıb-yaxarsam da, Putya mənə ondan köçürməyi qoymadı. Özü də heç kimdən köçürmürdü. Olduqca inadcıl uşaq idi. 7-ci sinifdə oxuyarkən “Qalxan və qılınc” filminə baxdıqdan sonra kəşfiyyatçı olmağa qərar verdi.  Onun nə vaxtsa böyük adam olacağı məktəb illərindən hiss olunurdu”.