\
13 Oktyabr 2024 - Bazar günü

Braziliya prezidenti cərrahi əməliyyat olundu - Terrorun fəsadları

Braziliya prezidenti cərrahi əməliyyat olundu - Terrorun fəsadları
1462baxış

Braziliyanın prezidenti Jair Bolsonaru cərrahi əməliyyat keçirib. Mediapress.az yerli TN saytına istinadən xəbər verir ki, əməliyyatla əlaqədar o vəzifəsinin icrasına 29 yanvardan başlayacaq. Hələlik onun vəzifəsini vitse-prezident Antoniu Hamilton Morau icra edəcək.

J.Bolsonaru Twitter səhifəsi vasitəsilə həmvətənlərinə müraciət ünvanlayaraq yazıb: “Hamınızı möhkəm-möhkəm bağrıma basıram. Tezliklə görüşənədək. Tanrı bizi aparır”.

Xatırladaq ki, Braziliya prezidenti ötən ilin 6 sentyabr tarixində keçirilmiş seçkiqabağı görüşlərin birində qarın nahiyəsindən bıçaq zərbəsi alıb.